SON XƏBƏRLƏR

Libi barədə qətnamə layihəsi Təhlükəsizlik Şurasına verilib

2021.10.20, 07:36
Libi barədə qətnamə layihəsi Təhlükəsizlik Şurasına verilib

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası Liviya (Libi) üzərində uçuşsuz zonanın (məntəqənin - hərimin) yaradılmasına və Liviya rəhbərliyinə qarşı daha sərt sanksiyalara (təhrimlərə) çağırıb.

 

Şura bildirir ki, bu, Ərəb Liqasının (ərəb ittihadiyyəsi) belə bir zonanın yaradılması barədə xahişi ilə əlaqədar edilir.

 

Bununla belə, Təhlükəsizlik Şurasının daxilində Liviyaya hərbi müdaxilə məsələsində ciddi fikir ayrılığı qalır.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, BMT diplomatları deyirlər ki, qətnamə Liviya üzərində bütün uçuşları qadağan etməli və üzv ölkələr Tripolinin (Trablosdan) qətnamənin tələbini yerinə yetirməsini təmin etməlidirlər.

 

Onlar deyirlər ki, ilk növbədə belə bir zonanın yaradılmasında ərəb ölkələrinin iştirakı məqsəduyğun sayılır.

 

Məhz bu məqamı vurğulamaq üçün əsasən Britaniya və Fransa tərəfindən cizgilənmiş qətnamə layihəsinin tərtibində Livan da iştirak edib.

 

Buna baxmayaraq Liviyaya hərbi müdaxiləyə müxalif olanlar var və bunlar heç də təkcə Rusiya və Çin deyil.

 

Almaniya da bildirir ki, uçuşsuz zona barəsində bir çox suallar açıq qalıb.

 

Amerikalılar isə hələlik öz mövqelərini açıqlamayıblar.

 

Vaxtsa gedir. Alınan son xəbərlərə görə Qəzzafi qüvvələri ilə üsyançılar arasında döyüşlər hazırda üsyançıların son istehkamı olan Benqazi şəhərinin yaxınlığında baş verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar