SON XƏBƏRLƏR

İran internetdə müharibə aparır

2021.10.20, 07:36
İran internetdə müharibə aparır

Gunaz.tv

GünAz TV: İranın İnqilab keşikçiləri (Sepahın Bəsic bölümü) düşmən web səhifələrə qarşı internetdə müharibə aparıldığını etiraf edib.

 

İranın dövlət məxsus mətbuatı yarı-hərbi Bəsic qüvvələrinin komandiri, general Əli Fəzliyə istinadən xəbər verib ki, Bəsic univeristet müəllimləri, tələbələr və ruhanilərdən ibarət internet ordusu yaradıb.

 

O deyib ki, iranlı hakerlər İrana qarşı kiber hücumlara cavab olaraq düşmən web səhifələrə hücum edir. O, hücumların detallarını açıqlamayıb. Özünü “İranın Kiber Ordusu” adlandıran qrup keçən ay Amerikanın səsinin web səhifəsinə hücum etmişdi. İran internet polisi bölməsinin yarandığını yanvar (January) ayında elan etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar