SON XƏBƏRLƏR

Müəmmər Qəddafi Qiyamçıları sıxışdırır

2021.10.20, 07:36
Müəmmər Qəddafi Qiyamçıları sıxışdırır

Gunaz.tv

GünAz TV: Liviya (Libi) prezidenti Müəmmər Qəddafiyə sadiq qüvvələr qiyamçıların nəzarətindəki şəhərləri geri qaytarmağa davam edir.

Bu gün hökumət qüvvələri Tunis sərhədi yaxınlığındakı Zuvar şəhərinə daxil olub. Bu barədə Lent.az “Reuters” agentliyinə istinadən xəbər yayıb.

Artıq zirehli texnika şəhərin mərkəzindədir. Paytaxt Tripolidən (Trablosdan) 120 kilometr qərbdə yerləşən Zuvar şəhərində 40 min insan yaşayır və onların əksəriyyəti ərəb deyil, Şimali Afrikanın yerli sakinləri olan bərbərlərdir. Bu, müxalifətin ölkənin qərbindəki sonuncu dayağıdır.

 

Müəmmər Qəddafiyə sadiq qüvvələrin ölkənin şərqinə hücumu da davam edir. Hazırda Marsa-əl-Berqa şəhərində hökumət qüvvələri qiyamçıları sıxışdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar