SON XƏBƏRLƏR

Pan Gi Mun İranı günahlandırdı

2021.10.20, 07:36
Pan Gi Mun İranı günahlandırdı

Gunaz.tv

GünAz TV: BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun İranda insan hüquqlarının kobud şəkildə pozulmasını, edamların sayının artmasını kəskin pisləyib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Pan Gi Mun martın 14-də BMT-nin Cenevrədəki İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatında bildirib ki, İranda siyasi məhbusların, yeniyetmələrin və narkotik (məvadde moxəddir) qaçaqmalçılığında günahlandırılan şəxslərin edamı geniş vüsət alıb: “İran İslam Respublikası(Cümhuriyyəti)  əvvəllərdə olduğu kimi yenə də jurnalistləri, bloqçuları və vəkilləri həbsə salır, onların işinə mane olur. İranda həmçinin müttəhimlərə qarşı çıxarılan şallaq, bədənin hansısa üzvünün kəsilməsi, qadın və kişilərin daşqalaq yolu ilə edam olunması kimi cəza növləri geniş tətbiq olunur”.

 

Pan Gi Mun İranda dinc müxaliflərə qarşı çıxarılan ölüm hökmlərindən, özbaşına həbslərin aparılmasından, məhbuslara müxtəlif işgəncələr verilməsindən ciddi narahat olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar