SON XƏBƏRLƏR

Yəməndə nümayişlər davam edir

2021.10.20, 07:36
Yəməndə nümayişlər davam edir

Gunaz.tv

GünAz TV: Yəməndə hökumət əleyhinə nümayişlər davam edir.

Paytaxtla yanaşı, digər şəhərlərdə də izdihamlı mitinqlər keçirilir. Bu gün səhər saatlarında hökumət paytaxt Sanaya (Sənaya) ordu və zirehli texnika yeridib.

Ordu həftələrdir nümayişçilərin çadırlarda gecələdiyi ərazini mühasirəyə alıb.

 

Şahidlər Taiz şəhərində atışma səslərinin eşidildiyini bildirir.

 

Qeyd edək ki, 32 ildir hakimiyyətdə olan prezident Əli Abdullah Salehin istefası tələbilə son 1 ayda keçirilən nümayişlər nəticəsində baş verən toqquşmalarda 30-dan artıq insan həlak olub. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar