SON XƏBƏRLƏR

Azərbaycanda palçıq vulkanı püskürüb

2021.10.20, 07:36
Azərbaycanda palçıq vulkanı püskürüb

Gunaz.tv

GünAz TV: Qobustanda Şıxzəyirli palçıq vulkanı püskürüb. Baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün tədbirlər görülür. 

Martın 13-də Qobustan rayonu ərazisində Şıxzəyirli palçıq vulkanında püskürmə olub. Şahidlərin dediyinə görə püskürmədən əvvəl partlayış səsi eşidilib, palçıq brekçiyası püskürüb, sonra isə alov görünüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, alovun hündürlüyü 50 m-dən çox olub. Baş verə biləcək fövqəladə halların qarşısının alınması məqsədilə nazirliyin mütəxəssisləri və xilasediciləri dərhal hadisə yerinə gəlib.

Palçıq vulkanında aktivləşmə getdikcə azalmağa başlayır. Vulkan ətrafında mövcud olan bəzi sopkalarda palçıq axını müşahidə olunur.

Verilən məlumata əsasən vulkan püskürməsi kənd əhalisi üçün təhlükə törətmir. Mütəxəssislər araşdırmaları davam etdirir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar