SON XƏBƏRLƏR

Ərəb dövlətləri Bəhreyn hakimiyyətinə yardım məqsədi ilə bu ölkəyə qoşun yeritdi

2021.10.20, 07:36
Ərəb dövlətləri Bəhreyn hakimiyyətinə yardım məqsədi ilə bu ölkəyə qoşun yeritdi

Gunaz.tv

GünAz TV: Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv dövlətlərin hərbi birləşmələri Bəhreyn Krallığının ərazisinə daxil olub. 

 

GünAz TV mətbuat mərkəzinin “Lent.az”-a istinadən yaydığı məlumata görə, Bəhreyndə işıq üzü görən və kral ailəsinə yaxın olan “Əl-Əyyam” qəzeti bugünkü sayında yazıb ki, bu qüvvələr Bəhreyndə kral hakimiyyətinə ictimai qayda-qanunu qorumağa kömək edəcək.

 

Qeyd edək ki, Bəhreyndə vəziyyət gərgin olaraq qalır. Şənbə günü polis paytaxt Manamada İnci Qovşağı meydanında aksiyanı dağıdıb. Yüzdən çox müxalifət tərəfdarı yaralanıb.

 

Xatırladaq ki, Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar