SON XƏBƏRLƏR

Yaponiyada nüvə zavodu partlayıb

2021.10.20, 07:36
Yaponiyada nüvə zavodu partlayıb

Gunaz.tv

GünAz TV: Yaponiyada (Japonda) nüvə elektrik stansiyasında (niruqah) böyük partlayış olub. Stansiya cümə günü ölkədə baş vermiş güclü zəlzələdən sonra zədələnmişdi.

Televiziya vasitəsilə yayımalanan kadrlarda Fukushima nüvə zavodunda baş vermiş dəhşətli partlayış göstərilib.

Ondan sonra isə boz tüstü buludu havaya qalxıb.

 

Reaktorun yerləşdiyi bina dağılıb, amma rəsmilər deyirlər ki, reaktorun özünə ziyan dəyməyib.

 

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, 4 işçi yaralanıb. Yaponiya hökumətinin sözçüsü Yukio Edano deyib ki, partlayışın səbəblərilə bağlı istintaq aparılır.

 

Partlayış paytaxt Tokionun 250 kilometrliyində baş verib.

 

Bundan əvvəl isə rəsmilər xəbərdarlıq etmişdi ki, reaktor təhlükə qarşısındadır, çünki zəlzələ onun soyuducu sistemini zədələyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar