SON XƏBƏRLƏR

“Traxtur” öz rəqibini məğlubiyyətə uğratdı

2021.10.20, 07:36
“Traxtur” öz rəqibini məğlubiyyətə uğratdı

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur” futbol taxımı (timi) ilə Kirmanın “Mis” taxımı arasında keçirilən müsabiqə bu dəqiqələrdə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 26-cı həftəsində keçirilən müsabiqənin 71-cı dəqiqəsində, “Traxtur” oyunçusu Əli Əlizadə tərəfindən qarşı taxımın qapısına bir qol vuruldu.

 

Bununlada müsabiqə (1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

Xatırladaq ki, bu qələbə nəticəsində “Traxtur” 45 imtiyazlı oldu və cədvəldə “Perspolis” taxımında irəli keçdi.

 

Müsabiqə boyu “Traxtur” tərəfdarları milli məzmunlu şüarlar səsləndirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar