SON XƏBƏRLƏR

Amerika avtoritar (istibdadçı) rejimləri Yaxın Şərqdən ibrət almağa çağırır

2021.10.20, 07:36
Amerika avtoritar (istibdadçı) rejimləri Yaxın Şərqdən ibrət almağa çağırır

Gunaz.tv

GünAz TV: ABŞ )Amerika Birləşmiş Ştatları( Mərkəzi Asiya və Qafqaz dövlətlərini Yaxın Şərq olaylarından ibrət dərsi almağa və islahatları sürətləndirməyə çağırıb.

ABŞ Dövlət Departmentinin yüksək vəzifəli rəsmisi bu regionlarda (bölgələrdə) demokratik dəyişikliyin sürətinin az olduğundan narahatlıq ifadə edib.

BBC redaktoru Firdevs Robinsonun şərhini aşağıda oxyun:

Tunis, Misir, Yəmən..indi də Səudiyyə Ərəbistanı. Avtoritar (müstəbid) rejimlərə malik ölkələrdə xalq çıxışları dalğası artmaqdadır.

Siyasətçilər və şərhçilər ümumi təhlükələrə diqqət çəkirlər. Geniş yayılmış korrupsiya (fəsade mali), şəffaflığın olmaması, söz azadlığına və əsas hüquqlara qarşı təpkilər, yüksək işsizlik səviyyəsi üstəlik informasiya texnologiyalarının cəmiyyətə artan təsiri vəhdət şəklində etirazların vüsət almasına şərait yaradır.

Avtoritar rejimlərin rəhbərlərinə ən son xəbərdarlığı Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə yardımçısı Robert Bleyk edib.

O, Konqres dinləmələri zamanı deyib ki, ABŞ ərəb ölkələrindəki üsyanlardan istifadə edərək Mərkəzi Asiya dövlətlərini demokratik islahatlara başlamağın vacibliyinə inandırmağa çalışır.

O ABŞ-ın bu ölkələrin iqtidarlarını gənclərin arzu və istəklərinə qulaq verməyə, korrupsiya kimi məsələlərlə ciddi məşğul olmağa səslədiyini deyib.

Şərhçilər də Amerika diplomatiyasının sabiq Sovet məkanında fəallaşmasını qeyd edirlər.

Mərkəzi Asiya və Qafqazda bir sıra dövlətlərin xalq narazılığının ifadəsi qarşısında qeyri-sabitlik girdabına düşə biləcəkləri real hesab edilir.

Bu ölkələrdə korrupsiya geniş bərqərar olub, onlar bir ailə tərəfindən uzun müddətdir ki idarə olunurlar və gənclər arasında işsizlik kəskin problemdir.

Burada iqtidara qarşı narazılıq olsa da, sərt təhlükəsizlik sistemi və güclü polis aparatı və internet istifadəçilərinin nisbətən az olmasına görə, region ölkələrində Misirsayağı inqilabın mümkünlüyü aşağı sayılır.

Amma hətta aşağı səviyyədə sabitsizlik ehtimalı görünür və bu da, nəinki bu ölkələrin liderlərini, hətta onların əsas müttəfiqi ABŞ-da narahat edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar