SON XƏBƏRLƏR

İran və uran!?!

2021.10.20, 07:36
İran və uran!?!

Gunaz.tv

GünAz TV: İranın Beynəlxalq Atom Enerjisi Təşkilatındakı (BAET) Daimi Nümayəndəsi Əli Əsgər Sultaniyyə, qurumun idarə heyətinin iclasında “5+1” ölkələriylə ön şərtsiz müzakirələrə hazır olduqlarını bildirib.

Sultaniyyə ölkəsinin nüvə proqramının “hərbi məqsədli olduğuna” dair iddiaları rədd edib. Sulaniyyəyə görə beynəlxalq aləmdən gələn bu cür iddiaların əsl sahibi “Nüvə Tərksilah Müqavisləinə imza atdığı halda Avropada yüzlərlə nüvə silahı yerləşdirən” ABŞ-dır (Amerika Birləşmiş Ştatlarıdır). Sultaniyyənin çıxışında bir neçə dəfə israrla ölkəsinin nüvə proqramının dinc məqsədli olduğunu vurğulayıb və beynəxalq təşkilatlarla əməkdaşlığa hazır olduqlarını bildirib.

Aydın məsələdir ki, “5+1” ölkələrinin İranın bu müraciətinə müsbət cavab vermə ehtimalı zəifdir. Çünkü danışıqlar hazırda şərtsiz davam etdiriləcək mərhələdə deyil. İran uzun müddətdir ki, beynəlxalq qurumlarla oyun oynayır və onlar da artıq konkret (açıq) istiqamətlər üzrə konkret şərtlərlə danışıqlar aparmağa çalışırlar. İrana əhatə dairəsi hər gün daha da genişləyən beynəlxalq sanksiyaların (təhrimlərin) tətbiq olunması da mənhz bunun nəticəsidir. Sadəcə son günlərdə İranın Norveçdən qanunsuz yolla raket texnologiyası, Zimbabvedən isə uran almağa çalışdığına dair  məlumatların təsdiqini tapması belə əsl mənzərəni görməyə kifayət edir. Beləliklə “İran və uran” mövzusunun hələ davam edəcəyi aydındır və Sultaniyyənin son açıqlaması sadəcə vaxt udmaq və gözdən pərdə asmaq taktikasına xidmət edir. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar