Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: İranın atom-nüvə proqramı və silah alması beynəlxalq ictimaiyyətin diqqətində olan başlıca məsələlərdəndir.
«RİA-Novosti»Nin məlumatına əsasən, martın 14-15-də Parisdə «səkkizliy»ə (ABŞ (Amerika Birləşmiş Ştatları), Almaniya, Britaniya, Fransa,Yaponiya, Kanada, İtaliya və Rusiya) daxil olan dövlətlərin xarici işlər nazirlərinin yığıncağı planlaşdırılıb. Bu görüşdə Yaponiyada baş vermiş təbii fəaləktin nəticələrinin aradan qaldırılması,Orta Şərqdəki durumla yanaşı, İran və Şimali Koreyanın nüvə məsələsini də müzakirə edəcək.
Bu toplantıda nazirlər mayın 26-27-də Fransanın Dovil şəhərində «səkkizliy»in dövlət və hökumət başçılarının yığıncağının gündəliyini də razılaşdıracaqlar.
İran rəsmiləri bildirib ki, nə təzyiqlər, nə də sanksiyalar onların atom-nüvə proqramını dayandarı bilməz.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(AEBA) baş direktoru Yukio Amano isə Tehran hakimiyyətinin nüvə fəaliyyətində mübahisəli məsələlərin aydınlaşması prosesində qurumla gərəkən səviyyədə əməkdaşlıq etmədiyini söyləyib.
Onun sözlərinə görə, İranın öz öhdəliklərini tam yerinə yetirməsi bu ölkənin nüvə proqramının dinc xarakter daşımasına beynəlxalq inamın yaranması üçün lazımdır. Baş direktor əlavə edib ki, agentlik İranın obyektlərində (təsisatında) nüvə materialları üzərində nəzarət həyata keçirir: «Amma İranın bu prosesdə lazımı qədər əməkdaşlıq etməməsi agentliyə nüvə materiallarının dinc məqsədlə istifadəsi ilə bağlı rəy verməyə imkan yaratmır».
AEBA təmsilçisinin bu bəyanatı İslam Respublikası (Cümhuriyyəti)rəhbərliyinin atom-nüvə proqramını gerçəkləşdirməkdə israrlı olduğunu təsdiqləməkdədir.
İranla bağlı rahatsızlıq yaradan başqa bir məsələ onun silah –sursat alması ilə bağldır.
Ötən gün Moskvada səfərdə olan Amerika prezidentinin müavini Cozef Bayden bildirib ki, İrana S-300 zenit –raket kompleksini satmamaqla Rusiya «çox qətiyyətli» addım atıb: «Bu ona çox ucuz başa gəlsə də Moskva öz təşəbbüsü ilə çox qəti qərar verdiO, S-330 qurğusu ilə bağlı müqaviləni ləğv etdi. Biz İrana göstərməliyik ki, onların atom-nüvə proqramından benyəlxalq ictimaiyyət narahatdır və o, bunu aradan qaldırmalıdır».
C.Bayden Moskvaya S-300-ə görə minnətdarlıq etsə də, Rusiyanın gözü həldə İran kimi silah bazarında qalmaqdadır. «Rosoborongksport»-un baş direktoru Anatoli İsaykin bildirib ki, BMT Təhlükəsizlik Şurasının sanksiyası şami l edilməyən silahları Rusiya İrana sata bilər.
«Təbii ki biz İranla hərbi-texniki məsələlər üzrə danışıqlar aparmaqdan tamamilə imtina etmirik»-deyə, baş direktor bəyan edib.
A.İsaykinin bu bənyantını İranla münasibətləri pozmaq istəməməsi kimi də dəyərləndirmək olar. Son illərin təcrübəsi sübut edib ki, Tehran hakimiyyətini müdafiə edən çıxışlar etsə də, həlledici zamanda Moskva Qərbin mövqeyində durub.
Keçən ilin iyunuda atom-nüvə proqramına görə İrana qarşı BMT (Birləşmiş Millətlər Təşkilatı)Təhlükəsizlik Şurasının qəbul etdiyi 4-cü qətnamədə göstərilib ki, İslam Respublikasına məxsus yük gəmilərinin liman və açıq dənizdə yeni qaydada yoxlanılmalıdır. Bu zaman həmin gəminin nüvə silahına aidiyyatı olan sursat daşımasından şübhələnilrəsə, saxlanılıb araşdırılmalıdır. İrana bu və başqa yolla altı adda ağır silahın satılması və verilməsi də qadağan edilib: tank, zirehli döyüş maşınları, iri çaplı artilleriya sistemi, döyüş təyyarələri və vertalyotları, hərbi gəmilər, raket və raket sistemi.
Nüvə silahının yayılmasında istənilən şəkildə əli olan İran bankları filialların, törəmə şirkətlərin açılması qadağandır; nüvə silahının yayılmasında əli olan istənilən anlaşma üzərində nəzarət gücləndirilsin;xarici banklarda hesabı dondurulacaq İran İslam İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) üzvlərinin siyahısını genişləndirmək.
2010-cu il iyunun 9-da qəbul edilmiş bu sənədin icrası ilə bağlı Rusiya prezidenti Dmitrii Medvedev sentyabrda uyğun fərman imzalamışdı.
Bundan sonra S-300 quruğusu ilə yanaşı nüvə silahının, ballistik raketlərin hazırlanmasında iştirak edən və iştirapk etmiş İran vətəndaşlarının Rusiyaya səfəri qadağan edilib.
İrana silah satmağa hazır olduğunu bildirən ruslar Əfqansıtan Ordusu üçün hərbi vertolyotlar satmaq üçün anlaşma imzalayıb. Bu sövdələşmə cari il martın sonunda gerçəeləşəcək.
Rusiyada çıxan «Kommersant»ın yazdığına görə, bu ağır döyüş texnikasını NATO deyil, ABŞ alacaq.
Məlumatda bildirilib ki, 24 vertolyotdan 3-ünü Rusiya pulsuz verəcək.
Bir müddət öncə NATO ilə Rusiya arasında Əfqanıstanda ehtiyacların ödənilməsi üçün «Mi-17» vertolyotunun alınması istiqamətində danışıqlara nəticəsiz başa çatmışdı.
Onu da nəzərə almaq lazımdır ki, Moskva Əfqanıstana odur göndərməkdən qəti şəkildə imtina edib. Bununla belə o, oradakı benyəlxalq güclərə yardım etməkdədir. Məsələn, ötən ilin noyabrında Əfqanıstanın Daxili İşlər Nazirliyinə 20 min Kalaşnikov avtomatı, 2 milyon, 500 min, 400 güllə bağışlayıb.
Rusiya hakimiyyətinin Qərbə yarınmaq üçün atdığı başqa bir addım isə Viktor Butun mübadiləsindən imtina etməsidir. Bu silah alverçisi hazırda ABŞ həbsxanasında saxlanılır.
Rusiya Xarici İşlər Navzirliyinin təmsilçisi Aleksandr Lukaşeviç məsələ ilə bağlı deyib : «Biz təəssüf edir ki, bu işlə bağlı çoxsaylı hay-küy qaldırılıb. İnformasiya vasiələri hansısa mübadilə barəsində məlumatlar yayır. Bütün bunlar cəfəngiyyatdan başqa bir nəsnə deyil».
O, əlavə edib ki, Viktor But heç vaxt dövlət məmuru olmayıb və dövltə qurumlarını tapşırığını da yerinə yetirməyib.
Qeyd edək ki, bir müddət öncə Rusiya KİV (Kütləvi İnformasiya Vasitələri) Müdafiə Nazirliyinin zabiti, ABŞ casusluqda ittiham olunan Andrey Xlıçevin Butla dəyişdiriləcəyindən bildirmişdi.
Amerikalılar isə bildirib ki, V.Butun ştatlarda məhkəməsi başa çatmayanadək heç bir mübadilə erçəkləşməyəcək.
V.But 2008-ci ilin martında Bankokda tutulub. 2010-cu ilin noyabarında isə ABŞ-a təhvitl verili. O, terrorçu qruplara və sanksiya (təhrim) tətbiq edilmiş hakimiyyətlərə, o cümlədən İrana qanunsuz silah satmaqda ittiham edilir.
Görünür, Rusiyanın Butla bağlı problemləri çoxdur. Bu üzdən perspektivdə Moskvanın Vaşinqtonla silah ticarəti və başqa bu sayaq məsələlərlə bağlı daha sıx əməkdaşlıq edəcəyi də istisna olunmur. Başqa sözlə , Afrikanın Şimalında baş verənlərin fonunda, eləcə də İranın atom-nüvə proqramı məsələsində Rusiyanın bundan sonra Qərbin sözünə baxacağını ehtimalı etmək mümkündür. Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib