SON XƏBƏRLƏR

Yəmən və Mərakeşdən son xəbərlər

2021.10.20, 07:36
Yəmən və Mərakeşdən son xəbərlər

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdullah Saleh müxalifətə milli birlik hökumətinin yaradılmasını təklif edib.

"Reuters"in verdiyi məlumata görə, o, müxalifət nümayəndələrinin də daxil olduğu hökumətin yeni konstitusiya (Anayasa, qanune əsasi) layihəsini hazırlamasını təklif edib. Prezident məhz milli birlik hökumətinin hazırladığı yeni konstitusiya layihəsi əsasında ölkənin parlament üsul-idarəçiliyinə keçməsi təklifini irəli sürüb. Müxalifət isə prezidentin təklifini rədd edib və nümayişlərin davam etdiriləcəyini bildirib. "Bu, gecikmiş təklifdir. Bizim tələblərimiz daha genişdir", - deyə müxalifət təmsilçisi Məhəmməd Kahtan bildirib. Xatırladaq ki, Yəməndə 32 ildir hakimiyyətdə olan Salehin istefası tələbi ilə nümayişlər artıq ikinci aydır ki, davam edir.

   Ərəb dünyasında qiyamlar başladıqdan sonra ilk dəfə ictimaiyyətə müraciət edən Mərakeş kralı VI Məhəmməd isə ölkəsində referendum elan edib. Rusiya mətbuatının verdiyi məlumata görə, o, referendumda "hər şeyi əhatə edən konstitusiya islahatlarının" səsverməyə çıxarılacağını söyləyib.

   "Biz hər şeyi əhatə edən konstitusiya islahatları həyata keçirmək qərarına gəlmişik", - deyə kral bildirib. Səsvermənin iyunda (June)  keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar