SON XƏBƏRLƏR

Tehran İran-Ermənistan avtomobil yolunun inşasına 60 milyon dollar ayırdı

2021.10.20, 07:36
Tehran İran-Ermənistan avtomobil yolunun inşasına 60 milyon dollar ayırdı

Gunaz.tv

GünAz TV: Təbrizdən Ermənistanla sərhəddədək uzanacaq avtomobil yolunun tikintisi üçün İran 60 milyon dollar vəsait ayırıb.

 

Bunu iranlı deputat Əlirza Monadi açıqlayıb. O, çəkiləcək yolun «İranla Ermənistanı birləşdirəcək körpü» olacağını söyləyib. Bu barədə Milli.Az xəbər portalı «İRNA» agentliyinə istinadən xəbər yayıb.

 

Xatırladaq ki, 2009-cu ilin sentyabrında (September) Ermənistan hökuməti ilə Asiya Bankı arasında əldə edilmiş razılaşmaya əsasən, adıçəkilən bank bu yolun 550 kilometrlik hissəsinin inşasına 500 milyon dollar ayırmağa razılıq vermişdi. Layihənin ümumi dəyəri 1,5 milyard dollar qiymətləndirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar