SON XƏBƏRLƏR

Fransa Qəddafini şoka saldı

2021.10.20, 07:36
Fransa Qəddafini şoka saldı

Gunaz.tv

GünAz TV: Fransanın Liviya (Libi) Milli Şurasını Liviya xalqının yeganə qanuni təmsilçisi olaraq tanıdığı bildirildi. Açıqlama, Fransa Prezidenti mətbuat xidməti tərəfindən verildi.

Liviya Şurası 27 fevralda ölkənin şərqindəki üsyançılar tərəfindən sabiq Ədalət Naziri Məhəmməd Əbdülcəlil rəhbərliyində qurulub. 

Fransanın Liviya Milli Şurasını Liviya xalqının yeganə qanuni təmsilçisi olaraq tanıdığı bildirildi. Açıqlama, Fransa Prezidenti mətbuat xidməti tərəfindən verildi. Liviya Şurası 27 fevralda ölkənin şərqindəki üsyançılar tərəfindən sabiq Ədalət Naziri Məhəmməd Əbdülcəlil rəhbərliyində qurulub.  

GünAz TV mətbuat mərkəzinin “Zaman” qəzetinə iztinadən yaydığı məlumata görə, Fransa Xarici İşlər Naziri Alan Yuppe (Alain Juppe), Fransa və Almaniyanın, Avropa Birliyinin Liviyalı üsyançılarla dialoqa keçməsini tələb etdiklərini açıqladı. Brüsseldə keçirilən Avropa Birliyi Xarici İşlər Nazirləri görüşməsindən sonra mətbuat açıqlaması verən Yuppe, Liviya lideri Qəddafinin artıq hakimiyyəti tərk etməsinin vacibliyin vurğuladı. O, Almaniyanın onlarla eyni görüşdə olduğunu da əlavə etdi.

Fransa Prezident Aparatından verilən məlumatda Fransanın Binqaziyə bir nümayəndə göndərəcəyi və Parisdə bir Liviyalı elçinin qəbul ediləcəyi bildirildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar