SON XƏBƏRLƏR

İspaniya parlamenti erməniləri məyus etdi

2021.10.20, 07:36
İspaniya parlamenti erməniləri məyus etdi

Gunaz.tv

GünAz TV: Dünən İspaniya parlamentinin Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımının tanınması barədə ermənipərəst millət vəkillərinin hazırladığı qanun layihəsini rədd edib.

"Star" qəzetinin məlumatına görə, Kataloniya bölgəsində müstəqil siyasət yürüdən Kataloniya Respublikası (Cümhuriyyəti) Solçuları (ERC) tərəfindən İspaniya Məclisinin adıçəkilən komitəsinə təqdim olunan layihəyə cəmi 2 nəfər "hə" deyib, qalan 31 millət vəkili isə rədd cavabı verib. Məlumata görə, ermənilərin mövqeyini ancaq Bask Millətçi Hərəkatı (PNV) dəstəkləyib, hakim Sosialist Işçi Partiyası (PSOE), eləcə də əsas müxalifət qüvvəsi olan Xalq Partiyası (PP), Kataloniyada fəaliyyət göstərən Birlik Koalisiyası (CIU) və Navarra Xalqının Birliyi (UPN) layihəni ermənilərin ispanlarla türklər arasında nifaq salmaq cəhdi kimi dəyərləndirərək, rədd ediblər.

   Parlamentdə çıxış edən PSOE-nin sözçüsü İzabel Pozuelo bildirib ki, Ermənistanın bir əsr əvvəl yaşayıb-yaşamadığı bəlli olmayan bir məsələnin İspaniya ilə heç bir bağlılığı yoxdur. Hətta əlavə edib ki, Ermənistan Azərbaycanla yaşadığı Dağlıq Qaradağ münaqişəsini tezliklə həll etməli və Avropa Birliyinə yaxınlaşmaq üçün mütləq siyasi islahatlar aparmalıdır. Xalq Partiyasının nümayəndəsi isə deyib ki, onların məqsədi erməninin və ya hansısa xalqın mübarizəsini dəstəkləmək yox, öz ölkələrinin problemlərini həll etməkdir. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar