SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rza Əbdi Azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Rza Əbdi Azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, jurnalist cənab Rza Əbdi məhkumiyyət müddətini başa vurduqdan sonra Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Azadlığa buraxılan azərbaycanlı fəal, 3 ay həbs və 2 il müddətinə suç işləməmək şərti ilə 3 ay şərti (asılı) həbs cəzasına məhkum edilmişdir.

 

Xatırladaq ki, mədəni fəallar Rza Əbdi və Mühəndis Hüseynzadə 2010-cu il may ayının 11-də (ordibeheştin 21-i) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən “Traxtur” yarışlarında milli şüar səsləndirmələri və Urmu Gölünün quruması ilə bağlı  amator-sənədli film çəkdiklərinə görə yaxalanmışdılar.

Mühəndis Hüseynzadə 2010-cu il iyul ayının 13-də (1389-cu il tir ayının 22-i), Rza Əbdi isə iyul ayının 15-də (tir ayının 24-ü) hər biri 50000 dollarlıq (50 milyon tümən) mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.

Onlar millətçilik və sistemin əleyhinə təbliğdə suçlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar