SON XƏBƏRLƏR

Xanım Ətiyyə Tahiri həyat yoldaşı Səid Mətinpurun səhhətindən danışıb

2021.10.20, 07:36
Xanım Ətiyyə Tahiri həyat yoldaşı Səid Mətinpurun səhhətindən danışıb

Gunaz.tv

GünAz TV: Hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı jurnalist, insan haqları fəalı cənab Səid Mətinpurun həyat yoldaşı onun səhhətindən danışıb.

 

Xanım Ətiyyə Tahiri “Radio Fərda”ya bildirib ki, həyat yoldaşı dəfələrlə zindanda ürək çatışmamazlığı ilə üzləşib, ancaq məhkəmə məsulları onun xəstəxanaya köçürülüb və orda müalicə olunmasına icazə vermirlər.

 

Xanım Tahiri vurğulayıb ki, biz istəyirik qanuna əməl olunsun və Mətinpurla qanun çərçivəsində rəftar olunsun. Halbuki biz buna şahid olmuruq.

 

Xatırladaq ki müxtəlif Güney mənbələri xanım Tahirinin dediklərini təsdiq edirlər. Güney mənbələrinə görə, azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Səid Mətinpurun həbsxanada vəziyyəti pisləşib. Tehranın “Evin” həbsxanasında saxlanılan S. Mətinpurun səhhətində ciddi problem yaranıb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, S. Mətinpur müalicə müəssisəsinə köçürülməyib. Jurnalist ürək və onurğa nahiyəsində ağrılardan, o cümlədən ardıcıl baş ağrılarından əziyyət çəkir.

 

Qeyd edək ki, S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Tehrandakı “Evin” həbsxanasının 209-cu bölməsində saxlanılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar