Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAz TV: Martın 8-də İran İslam Respublikasının (Cümhuriyyətinin) əsas orqanlarından birinin, Dini Ekspertlər Şurasının (Məclise-Xübreqan) sədrliyinə seçki keçirilib.
Seçkiyə qədər bu postu keçmiş prezident Əliəkbər Haşimi-Rəfsəncani tuturdu. Bu qurumun vəzifələri İran Anna Yasasının 8-ci fəsilində təsbit olunub. Həmin səlahiyyətlərə əsasən, şura ölkənin ali rəhbərini(hazırda bu vəzifəni ayətullah Xamneyi tutur), vilayəti-fəqihi seçir.
İran inofrmasiya vasitələrinin məlumatına görə, Rəfsəncaninin bu vəzifəyə yenidən seçməyiblər. O, hazırkı prezident Mahmud Əhmədinejada müxaliflərdən sayılır. 2009-cu ilin prezident seçkisindən sonra o, dəfələrlə mövcud hökumtəi tənqid edib. M.Əhmədinejad isə prezident olduğu gündən onu və ailəsini tənqid edir, onların gəlir mənbələrini qapadır, eləcə bu ailənin İranda ən varlı olduğunu bildirir. İran prezidentti Rəfsəncanini korrupsiyada (fəsade malidə) da ittiham edir.
2009-cu ilin prezident seçkisindən sonra Haşimi- Rəfsəncani ölkənin ali rəhbəri ayətullah Xamneyiyə açıq məktub göndərmişdi. O, indiki prezident Mahmud Əhmədinejadın haqqında söylədiyi ittihamlarından şikayətlənmişdi.
Rəfsəncani onu «korrupsioner» adlandıran Əhmədinejadın iddialarını geri götürməsini tələb edirdi. Keçmiş prezident ittihamlara cavab vermək üçün dövlət televiziyasında efir vaxtı verilməsini istəyirdi. Amma onun istəyi təmin olunmadı.
O zaman Əhmədinejad demişdi: «Haşimi Rəfsəncaninin oğlu ölkədə nə işlə məşğuldur? Mənim nazirlərimdən biri onların vaxtında milyarder olub, əmlaklar alıb. Məndə adamların zəbt edilmiş 40 hektar, 50 hektar, 400 hektar torpaq sahələrinin siyahısı var. Səni müdafiə edən adamların bəzilərinin oğlu qanunsuz hərəkətlərlə məşğul olur. Parlamentin keçmiş sədri Natiq Nurinin oğlu necə milyarder olub? Onun özü necə yaşayır? Bu adamların hamısı sənin müdafiəçilərindir» və s.
Sədr seçksində Dini Ekspertlər Şurasına mühafizəkarların nümayəndəsi Məhəmmədraz Məhdəvi-Kani seçilib. Rəfsəncani isə onunla rəqabət aparmaqdan imitina edib. Tək namizəd kimi M.M.Kani şuranın yeni sədri olub.
Hazırda 77 yaşlı Rəfsəncani Məsləhət Şurasının sədri vəzifəsini hələ ki qoruyub saxlaya bilib. Bu qurum ali icraedici və ali qanunverici orqanlar arasındakı mübahisəli məsələlərin həllinə yardım edir. Məsləhət Şurası isə Ana Yasadan kənar bir qurumdur. Onu ayətullah Xomeynin məsələhəti ilə yaradıblar. Odur ki, Şura sədrliyinə layiq bilinməyən Rəfsəncaninin hakimiyyət qalacağı şübhə altındadır.
Sonuncu prezident seçksindən sonra o, başçılıq etdiyi qurumda ölkənin ali rəhbəri ayətullah Xamneyiyə etimadsızlıq məsələsini də qaldırmışdı. Onda belə xəbər yayılmışdı ki, şuranın 89 üzvündən 43-ü məsələyə müsbət cavab verib. Bu baxımdan Rəfsəcanidən sonra Dini Ekspertlər (karşünaslar) Şurasında da «yenilənmənin» gedəcəyi istisna olunmur. Belə bir durum isə keçmiş prezidentin hakimiyyətdəki mövqelərinin laxlaması kimi də dəyərləndirilir.
Seçkidən bir gün öncə o, Tehranda «Əkinçilər ev»Nin mərkəzi şurasının üzvləri ilə görüşündə «totalitar hakimiyyətlər dövrünün artıq başa çatdığını» vurğulayıb : «Bu gün bütün islam dünyası və üçüncü dünya ölkələri ciddi dəyişiklik ərəfəsindədir.Bölgədəki hakimiyyət üsul-idarələri artıq əvvəlki kimi mövcud ola bilmir. Bugünkü dünyada xalqı qorxutmaq və təhdid yolu ilə ona hökmranlıq etmək daha mümkün deyil. Bölgədə baş verənlər insanların ayıq-sayıqlığını, onların oyandığını göstərir. Buna isə dünyada kütləvi informasiya vasitələrinin sürətlə genişlənməsi, dünyadakı informasiya partlayışı səbəb olub. Elə buna görə də hesab edirəm ki, İranda sistemin mənafe və məsləhətini qoruyub saxlamaq üçün ölkədə birlik və vəhdəti gücləndirməli, şəxsi mənafe və maraqlarımızdan vaz keçməliyik».
Rəfsəncani ailəsidə narahatdır. Onun böyük oğlu Möhsün Haşimi M.Əhmədinejadın yürütdüyü siyasətə «etiraz» əlaməti olaraq, Tehran metropoliteni vəzifəsindən istefa verib. Bunu prezidentin Rəfsəncaniyə qarşı tutduğu münasibətlə də əlaqləndirmək olar.
Yerli mütəxəssislər hesab edir ki, Əhmədinejad paytaxtdakı nəqliyyat şəbəkəsini də öz nəzarətinə götürüb. Bunu İslam İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) keçmiş qərargah rəisi, Tehranın valisi Məhəmmədbağır Qalibafa da zərbə sayanlar da var. O, 2005-ci ilin prezident seçkisində prezidentliyə namizdəliyini irəli sürmüşdü. Məğlu olduqdan sonra ikinci turda Ələkbər Rəfsəncanini müdafəi etdiyini bildirdi.
M.Haşiminin bir müddət öncə Əhmdinejad hökumətindən dəmiryol nəqliyyatının genişləndirilməsi məqsədi ilə milyard dollar göçürülməsini istəyirdi. Onun bu tələbi hökumət tərəfindən rədd edilmişdi.
Yeri gəlmişkən, bu ilin yanvarında İranın Xarici İşlər Nazirliyi Tehranın meri Məhəmmədbağır Qalibaf və onun başçılıq etdiiyi nümayəndə heyətinə Vaşinqtona səfərə icazə verməmişdi.
Qalibaf ABŞ-a (Amerika Birləşmiş Ştatları) «İctimai nəqliyyat» beynəlxalq mükafatını almaq üçün getməli imiş.
Tehran merliyindən bildirilirdi ki, mükafatı almaq və Vaşinqtona getməkdən ötrü M.Qalibaf bütün hazırlıq işlərini görübmüş. Bu mükafat Nəqliyyatın inkişafı üzrə Beynəlxalq qurum («Institute for Transportation and Development Policy») tərəfindən təltif olunur. Tehran merliyi nümayəndə heyətinin ABŞ-a səfərinin yasaqlanması səbəbi barədə açıqlama yayılmadı.
Ötən həftə Tehran metropoliteninin rəisi postundan «istefa verən» Möhsün Haşimi martın 7-də Tehran merinin müşaviri vəzifəsinə təyin olunub.
Beləklə, İranda Rəfsəncaninin açıq şəkildə hakimiyyətdən uzuqlaşdırılması prosesinin başladığı ehtimalı artırır. Bundan sonra keçmiş prezident çeşidli yolla mövqeyini və özünü çətin gizldə bilsin. Çünki yaxın gələcəkdə rəfsəncanilər ailəsinin törətdiyi cinayətlərin üsütünün açılacağı istina edilmir. Bununla rejim həm də ölkə əhalisi arasında etimad qazanmağa çalışacaq. Rəfsəncani isə ona qarşı qaldırılan itthamları rədd edərək, özünü daha çox demokrat göstərməyə çalışacaq. «Mən rejimi tənqid etdiyim üçün mənə və ailəmə basqılar sürür»-deyə, bəyanat verəcyini indidən ehtimal etmək olar. Odur ki, onun yeganə çıxış yolu müxalifətə sığınmaqdan keçir. Ancaq İran cəmiyyəti Rəfsəncanini qəbul edəcəkmi? Yaxud hakimiyyət ona müxalifət düşərgəsinə keçərək, rəqiblərinin güclənmiəsinə imkan verəcəkmi? Bu baxımdan onun həbsi də istisna edilmir.
Düzdür, hakimiyyət bununla həm də iqtidariçi qüvvələr arasında ehtmiadını itirə bilər. Ancaq hakimiyyət rejimi bu sayaq qüvvələrdən təmizləməklə gələcəkdə onu gözləyən təhlükədən qorunmaq üçün bu addımı ata bilər. Əks halda beynəlxalq basqılar güclənəndə rejimiçi qüvvələrin böyük hissəsi İslam Respublikasına qarşı çıxış edər. Bu həm də əhaliyə zülm etmişlərin təhlükəsizliy üçün başlıca çıxış yolu sayıla bilər. Odur ki, Rəfsəncaninin Dini Ekspertlər Şurasından uzaqlaşdırılıması ilə hakimiyyət yenidənqurulmağa cəhd edir. Amma onların buna vaxtı çatacaqmı? Sədrəddin Soltan
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib