SON XƏBƏRLƏR

Cavad İsmayılbəyli : Anaya sevgi vətənə olan sevgi ilə dəyərləndirilir

2021.10.20, 07:36
Cavad İsmayılbəyli : Anaya sevgi vətənə olan sevgi ilə dəyərləndirilir

Gunaz.tv

Sayqılı həmvətənlər,

Anamın vəfatı ilə bağlı mənim və ailə üzvlərimin ünvanına yazdığınız başsağlıqı  (təsliyət) məktublarını aldım. Bu, mən və ailə üzvlərim üçün böyük təssəlli oldu.

 Anaya  sevgi vətənə olan sevgi ilə dəyərləndirilir, təəssüflə son anında belə Anamızın hüzurunda olub sayqı və sevgimizi bildirə,  Ana nəsihətini  duya bilmədik. bu acı taleyi təkcə mən deyil, çox sayda soydaşlarımız yaşamış və yaşamaqdadırlar.

Vətən sağ olsun, qəhrəman analarımızın sayı tukənməzdi. Tanrı onları qorusun hər biri bizim Anamızdı.

Son bir həftə ərzində  web site- lərdə,  email qruplarında  özəlliklə  şəxsi emailimə və telefonuma coxsayli email və səsli mesajlar daxil olub lakin vaxtında əzizlərdən təşəkkür və təqdir ede bilməmişəm. Bu vasitəylə ünvanladıqınız  başsağlıqına görə bir daha siz əzizlərə öz təşəkkür və minnətdarlıqımı bildirir, bütün ölənlərinizə Tanrıdan rəhmət diləyirəm.

Sayqılarla,

Öz və Ailəm adından

Cavad İsmayılbəyli

10 mart 2011 Chicago

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar