SON XƏBƏRLƏR

Üləmalar məclisi (Xobreqan) müxaliflər haqqında sərt bəyanat yayıb

2021.10.20, 07:36
Üləmalar məclisi (Xobreqan) müxaliflər haqqında sərt bəyanat yayıb

Gunaz.tv

GünAz TV: İran Üləmalar Məclisi “fitnə başçılarının və onlara dəstək verənlərin” mühakimə olunması tələbi ilə bəyanat yayıb.

 

Bəyanatda ad çəkilməsə də, söhbətin müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubidən, həmçinin onların tərəfdarlarından getdiyi bəllidir.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə,  bəyanat martın 9-da Üləmalar Məclisi rəyasət heyətinin iclasında qəbul olunub.

 

Üləmalar Məclisinin belə bir bəyanat qəbul etməsi quruma yeni sədr seçilməsindən bir gün sonraya təsadüf edir. Üləmalar Məclisinə yeni sədr martın 8-də seçilib. Qurumun əvvəlki rəhbəri ayətullah Haşimi Rəfsəncani namizədliyini irəli sürməyib. Ölkənin dini lideri ayətullah Əli Xamneyi və prezident Mahmud Əhmədinejad tərəfdarlarının namizədi kimi tanınan 79 yaşlı ruhani, Mübariz Ruhanilər Qurumunun baş direktoru, Tehranın İmam Sadıq Universitetinin rektoru ayətullah Məhəmmədrza Məhdəvi Kəni 63 səslə iki il müddətinə quruma sədr seçilib.

 

Üləmalar Məclisinin martın 9-da qəbul etdiyi bəyanatında ölkənin Məhkəmə Sistemindən tələb olunur ki, “fitnə başçılarının və onlara dəstək verənlərin” mühakimə olunması tezləşdirilsin: “Fitnə başçılarına dəstək məqsədilə ölkədə hər hansı iğtişaşın törədilməsi və sabitliyin pozulmasına edilən cəhd İran xalqının düşmənləri ilə səs-səsə verməkdən başqa bir şey deyil. Məhz buna görə də fitnə başçıları və ölkədə iğtişaşlara səbəb olanlar sürətlə mühakimə olunmalı, cəzalandırılmalıdır”.

 

Bəyanatda həmçinin bildirilir ki, İranın dini rəhbəri ayətullah Əli Xamneyi “ilahi nemət”dir və İran xalqı bu “nemət”in qədrini bilməli, “qədirbilən” olmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar