SON XƏBƏRLƏR

İranda öyrəncilər tərəfindən daha bir Etiraz Aksiyası...

2021.10.20, 07:36
İranda öyrəncilər tərəfindən daha bir Etiraz Aksiyası...

Gunaz.tv

GünAz TV: Martın 8-də İranın Şahrud şəhərindəki Sənaye Universitetinin tələbələri ali təhsil ocağında nahar və şam yeməyinin qiymətinin artmasına etiraz aksiyası (yürüşü) keçiriblər.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, tələbələr yemək qablarını universitetin həyətində yerə düzərək yeni qiymətin ləğvini tələb ediblər.

 

Tələbələrin yaydığı bəyanatda bildirilir ki, bundan əvvəl onlar nahar və şam yeməyi üçün ayrı-ayrılıqda 1750 rial (təxminən 15 qəpik) ödəyirdilər, indi isə 10 min rial (təxminən 80 qəpik) ödəməyə məcbur qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar