SON XƏBƏRLƏR

Üsyançılar Qəddafiyə 72 saat vaxt verdilər

2021.10.20, 07:36
Üsyançılar Qəddafiyə 72 saat vaxt verdilər

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) üsyançıların qurduğu Milli Şura bəyan edib ki, Qəddafi 72 saat içərisində ölkəni tərk edərsə, günahlarına görə mühakimə olunmayacaq.

GünAz TV mətbuat mərkəzinin “Qafqazinfo”-ya istinadən yaydığı məlumata görə, beynəlxalq ictimaiyyətin təzyiqi altına olan Liviya lideri Müəmmar Qəddafi müxalifətin nəzarətində olan itirdiyi şəhərləri döyüş təyyarələri ilə bombalamaqda davam edir. Benqazidəki Liviya Milli Şurası isə 72 saatlıq ultimatum göndərib. Şuranın sədri Mustafa Əbdülcəlil “Əl Cəzirə” kanalına verdiyi açıqlamada bildirib ki, Qəddafi 72 saat ərzində Liviyanı tərk edərsə, liviyalılar onu işlədiyi cinayətlərə görə mühakimə etməyəcək.

Müxaliflər dünən Qəddafinin müəyyən şərtlərlə istefa etməsini təklif etsələr də, sonradan bunu rədd ediblər. Liviya Xarici İşlər Nazirliyinin səlahiyyətlisi isə bu xəbərləri təkzib edib.

Dünən Min Cavad və Zaviyə şəhərləri bombalanıb. Min Cavad şəhərinə dörd dəfə hücum edilib. Müxalifətçilərin lideri “Reuters” ə açıqlamasında Qəddafinin raket və tankları qarşısında onların yüngül silahlarının aciz qaldığını söyləyib. Zaviyə sakini isə xəstəxana və binaların dağıdıldığını, işıqların kəsildiyini deyib. Şəhər sakini bununla belə hər kəsin döyüşdüyünü qeyd edib.

Müammar Qəddafi isə dünən gecə saatlarında paytaxt Tripolidəki (Trablosdakı) otellərdən birinə gəlib. Müsahibə vermək üçün gəldiyi bildirilsə də, Liviya lideri açıqlama vermədən oteli tərk edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar