SON XƏBƏRLƏR

Sıra Səudiyyə Ərəbistanı və Küveytə gəlir

2021.10.20, 07:36
Sıra Səudiyyə Ərəbistanı və Küveytə gəlir

Gunaz.tv

GünAz TV: Ərəb dünyasında nümayişlər artaraq davam edir. Yəmən, Misir və Bəhreyndə də akisyalara (yürüşlərə) ara verilmir. Səudiyyə Ərəbistanı və Küveytdə də mitinq hazırlıqları gedir.

Hökumətin dövlət düzənini qorumaq arqumenti (dəlili) ilə hər cür nümayişi qadağan etdiyi Səudiyyə Ərəbistanında kiçik miqyaslı da olsa aksiyalar keçirilir.

Rejim əleyhdarları sosial paylaşım saytları vasitəsilə "Qəzəb günü" elan etdikləri 11 və 20 martda iqtidara qarşı mitinqlər planlaşdırırlar. Nümayişləri qadağan edən Səudiyyə Ərəbistanı hökuməti aksiyanın keçiriləcəyi gün üçün minlərlə polisin hazırlıq vəziyyətinə gətirilməsinə dair təlimat verib.

Dünyanın dördüncü böyük neft ixracatçısı olan Küveytdə də mitinq hazırlıqları davam edir. Küveytli gənclər Əmirin ailəsinə mənsub baş nazir Şeyx Nasir Əl Məhəmməd Əs Sabahın vəzifəsindən istefa verməsi və siyasi azadlıqların artırılması tələbilə aksiyalar keçirməyi planlaşdırırlar. (www.trtazerbaycan.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar