SON XƏBƏRLƏR

Zimbabve ilə İranı uran da birləşdirir

2021.10.20, 07:36
Zimbabve ilə İranı uran da birləşdirir

Gunaz.tv

GünAz TV: Yaxın bir həftə ərzində İranın atom-nüvə proqrammı yenə beynəlxalq ictimaiyyətin vasitəçiləri tərəfindən müzakirə ediləcək.

Ancaq İslam Respublikasının (Cümhuriyyəti) xam urana ehtiyacını ödəyəcəyək dövlətin razılığının aldındığı haqda xəbərlərdə öz təsdiqini tapmaqdadır. Bu ölkə Zimbabvedir.

«MIGnews»-un məlumatına əsasən, bu ölkənin xarici işlər naziri Zimbaraşe Mumbenqenve bildirib ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının nüvə proqramına görə İrana qarşı tətbiq etdiyi sanksiya (təhrim) «ədalətsizdir».

Məlumata əsasən, Zimbabve uranı İran nefti ilə mübadilə etməyi planşadırır. Qeyd edək ki, bu ölkədə BMT-dən narazılar sırasındadır. Ağ dərililərə qarşı tutduğu mövqeyə, insan haqlarını pozduğuna görə, Zimbabve qurumun sanksiyaysına məruz qalıb.

Neft qarşılığında Zimbabve İrana «uran yataqlarına istisina giriş hüququ»  verməyə hazır olduğunu bildirib.

Bu ölkədəki yataqlarda 450 min ton uran ehtiyatının oluduğu iddia olunur. Mütəxəssislər hesab edir ki, Kanemba yatağında uranın işlənməsi üçün 2-3 il lazım olacaq.

Xatırladaq ki, bu yaxınlarda iranlı mühəndislər Afrikada uran yataqlarının axtarışına çıxdıqları barədə məlumatlar yayılmışdı. Həmin xəbərə görə, onların hədəflərindən birinin Zimbabvedəki mədənləri olduğu bildirilirdi.

Məlumata əsasən, atom bombası hazırlmaq üçün İrana uran əldə etmək vacibdir. «Associated Press» jurnalistinin əldə etdiyi xüsusi xidmət orqanlarının məruzəsində bildirilmişdi ki, böyük ehtimalla nüvə silahı əldə etmək üçün ölkənin uran ehtiyatı yetərsizdir.

Həmin sənəd görə, İranın xarici işlər naziri Ələkbər Salhi bu ilin fevralında  gizli şəkildə «İslam Respublikasının Zimbabvedən uran lamağa dair danaşıqları bərpa etmək» məqsədi ilə Zimbabve hakimiyyətinin təmsilçisi ilə görüşüb.

«İranlı mühəndislər Afrikada uran yatağını, keyfiyyət və kəmiyyətini müəyyənlişdirdikdən sonra bu danışıqlar başlayıb»-deyə, kəşfiyyat materialında bildirilib.

Mənbənin iddia etdiyinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvü də müsətəqil şəkildə təsdiqləyib. Onun məlumatına əsasən, Kooperasiya məsələləri üzrə məsul Abbas Cövəri Zimbabvenin paytaxtı Xararedə ölkə rəsmiləri ilə keçirdiyi görüşdə «kənd təsərrüfatı» ilə yanaşı «dağ-mədən sənayesi»nə dair məsələni də müzakirə edib.

Mənbə təsdiqləyib ki, İranın uran əldə etməməsi üçün beynəlxalq təzyiqlər güclənir. Xarici işlər naziri Salehinin səfəri də buna xidmət edib. İslam Respublikasının bu istiqamətdə fəaliyyət göstərən «casusları» uran axtarışı ilə bağlı Afrika, Asiya və Cənubi Amerikanın 10 artıq ölkəsini əhatə edir.

«Kəşfiyyat məlumatlarına əsasən, İranın özündə uran ehtiyatı məhduddur. Mövcud olan da isə çox az miqdarda uran var. Bu da sərəfli deyil»-deyə, nüvə silahının yayılmaması üzrə ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katib köməkçisinin keçmiş müavini, hazırda London Beynəlxalq Strateji Araşdırma İnstitutunun bölmə başçısı Mark Fitspatrik qeyd edib.

Onun sözlərinə görə, hazırda İranın 20-30 nüvə başlığı hazırlamaq üçün uranı var : «Hərbi əməliyyatlar və ya sabotajlar (xərabkari) zamanı bu ehtiyat məhv edilərsə, o zaman nüvə proqramını bərpa etmək üçün İran çox ciddi əngəllərlə üzləşəcək.Elə bu strateji  səbəbdən də onların əlavə uran tədarükü mənbəsi axtarması təəccüblü deyil.»

Bir müddə öncə yayılmış xəbərdə bildirilirdi ki,  nüvə prorqamı və hərbi sənayesini inkişaf etdirmək üçün Tehran hakimiyyəti dünyanın hər yerindən mütəxəssisləri «ovlamaq» üçün onlara yüksək məbləğdə maaş vəd edir.

İslam Respublikasının Oslodakı keçmiş konsulu Məhəmmədrza Heydəri də demişdi ki, Tehran əsas diqqəti şimali koreyalı alim və mühəndislərə yönlədir. Onun sözlərinə görə, Afrika dövlətlərindəki yüksək ixtisaslı mütəxəssislərdə diqqətdən yayınmır.

İranın «şikarları» Qərb dövlətləri universitetlərinin məzunu olan alim və mühəndislərdir.

2007-ci ildə Qərb dövlətlərindən birində sığınacaq almış M.Heydəri daha sonra bildirmişdi : «Şimali Koreyanı təmsil edənlər əsasən iki istiqamətdə fəaliyyət gösətərir.Birincisi, nüvə bombası yaratmaq, ikincisi, İran üçün daha uzaqdakı hədəfi vura biləcək radiusda ballistik raketlər hazırlamaq».

Keçmiş diplomatın sözlərinə görə, Tehran atom-nüvə proqramının dinc xarakterli olduğunu «desə də əslində bütün gücü ilə nüvə silahı və onun daha səmərəli daşınması üçün vasitə hazırlayır».

Tehran hakimiyyətinin Zimbavedəki rejimlərlə əməkbaşlıq etməsi və bu kimi şübhəli davranışı onların atom-nüvə proqramı, özəlliklə atom silahı əldə etmək istəmədikləri ilə bağlı verdiyi çoxsaylı bəyanatlara şübhələri artırır. Sədrəddin Soltan

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar