SON XƏBƏRLƏR

Dünya Qadınlar Günündə 14 nəfər azərbaycanlı fəal müvəqqəti saxlanılıb

2021.10.20, 07:36
Dünya Qadınlar Günündə 14 nəfər azərbaycanlı fəal müvəqqəti saxlanılıb

Gunaz.tv

GünAz TV: Bir qrup azərbaycanlı fəal və öyrənci Səid Mətinpurun evinə gedərkən Miyana şəhərinin yoxlama məntəqəsində yaxalanıblar.

 

GünAz TV mətbuat mərkəzinin “Öyrənci”-yə istinadən yaydığı məlumata görə, Onlar “8 mart” Dünya Qadınlar Günü münasibəti ilə Səid Mətinpurun həyat yoldaşı xanım Ətiyyə Tahirinin görüşünə gedərkən yaxalanıb və yoxlama məntəqəsinin binasına aparılıblar.

 

Təbriz, Urmu, Zəncan, Sulduz, Miyana, Xoy, Şəbistər, Həştrud və ... kimi şəhərlərdən gələn 14 nəfər azərbaycanlı fəalın mobil telefonları və şəxsi əşyaları alınıb. Ancaq 5 saatdan sonra ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları azərbaycanlı fəalları buraxmalı olublar.

 

Məlumata görə, ETTELAAT məmurları onların öz fikrindən çəkindirə bilməyiblər. Onlar təhdidlərə baxmayaraq, öz yollarını davam edib və cənab Mətinpurun evinə gediblər. Azərbaycanlı fəallar Ətiyyə Tahirini Dünya Qadınlar Gününü münasibəti ilə təbrik edib və onunla söhbətləşiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar