SON XƏBƏRLƏR

Ermənistanın mövqeyində müsbət dəyişiklik var

2021.10.20, 07:36
Ermənistanın mövqeyində müsbət dəyişiklik var

Gunaz.tv

GünAz TV: Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov Ictimai Televiziyaya müsahibə verib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin martın 5-də Soçidə keçirilən görüşü əvvəlkilərdən fərqlənib. Bu barədə İctimai Televiziyaya  xüsusi açıqlamasında Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib. Şöbə müdiri bildirib ki, görüşdə Ermənistanın konstruktivliyə (səmərəli, mofid) yönələn mövqeyi hiss olunub.”Soçi danışıqları prezidentlərin əvvəlki görüşündən fərqlənib. Ermənistan rəhbərliyi bu vaxtadək tutduqları mövqenin onlara heç vaxt uğur gətirəməyəcəyinə əmin olub. Onlar bu mövqenin həddindən artıq səmərəsiz olduğunu anlayıblar”-deyə Novruz Məmmədov bildirib. Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı Soçi bəyanatında qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılıq əldə olunub. Bəyanatında vurğulanır ki, tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin (qarşıdurmaların, hadisələrin) ATƏT-in (Şuraye Əmniyyət və Həmkariye Urupa) Minsk Qrupunun egidası altında, ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdardır. Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz mütəmadi görüşlərinin əhəmiyyətinin vacibliyini vurğulayıblar və bunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı işə əlavə olaraq bu formatda davam etdirilməsinə dair razılığa gəliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar