SON XƏBƏRLƏR

Diktatorun şərtlər irəli sürdüyü bildirilir

2021.10.20, 07:36
Diktatorun şərtlər irəli sürdüyü bildirilir

Gunaz.tv

GünAz TV: Liviya (Libi) diktatoru Müəmmar Qəddafi nəhayət öz şərtlərini açıqlayıb. Qəddafi təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə, rəhbərlikdən əl çəkəcəyini bəyan edib.

 

Qeyd edək ki, bu xəbər kütləvi informasiya vasitələri arasında sürətlə yayılıb.

 

"Asharq Alawsat” qəzetinin yazdığına görə, Qəddafi deyib ki, özünün və ailə üzvlərinin təhlükəsizliyinə zəmanət veriləcəksə, ölkəni tərk edəcək.

 

“MIGnews” isə yazır ki, “Asharq Alawsat” qəzetinin bu xəbəri hələlik rəsmi təsdiq tapmayıb və məsələ ilə bağlı hər hansı bir şərh verilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar