SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı Səid Mətinpurun azadlığı üçün kampaniya başladıb

2021.10.20, 07:36
Beynəlxalq Əfv Təşkilatı Səid Mətinpurun azadlığı üçün kampaniya başladıb

Gunaz.tv

GünAz TV: Beynəlxalq Əfv Təşkilatı Postal Kart kampaniyası başladaraq azərbaycanlı siyasi məhbusun qeyd-sərtsiz azadlığını istəyib.

 

Postal Kartda Beynəlxalq Əfv Təşkilatı Səid Mətinpurdan bir vicdan məhbusu kimi yad edib və onun qeyd-şərtsiz azadlığını istəyib. bu təşkilat inanır ki, Mətinpur azərbaycanlıların mədəni və dil hüququnun  bərpası uğrunda dinc fəaliyyət göstərdiyinə görə tutuqlanıb və hazırda 8 illik həbs cəzasını çəkməkdədir.

 

Beynəlxalq Əfv Təşkilatı öz üzvlərindən istəyib ki, bu kartları İran İslam Cümhuriyyətinin məsullarına göndərib və onlardan Mətinpurun qeyd-şərtsiz azadlığını və qeyri-fars millətlərinin ana dilində təhsilin təminini istəsinlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar