SON XƏBƏRLƏR

Təbrizdə kitab sərgisi keçirilir

2021.10.20, 07:36
Təbrizdə kitab sərgisi keçirilir

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin “Təbriz səsi”-nə istinadən yaydığı məlumata görə, mart ayının 5-dən (isfəndin 14-ü) Təbrizdə kitab sərgisi keçirilməkdədir.

 

Bu günə qədər Sərgidə öyrəncilər, universitet rektoru (rəisi) və universitetin başqa rəsmiləri iştirak ediblər.

 

Gözlənildiyi kimi sərgi böyük rəğbətlə qarşılanıb. Sərgidə Ana dili, uşaqlar, tarix, fəlsəfə, ədəbiyyat, ictimaiyyət və ... kimi mövzularda kitablar sərgilənir.

 

Həmçinin sərgidə Azərbaycan şəxsiyyətləri və vətənimizin tarixi məkanlarından təsvirlər və şəkillər nümayiş etdirilir.

 

Xatırladaq ki, sözü gedən sərgi mart ayının 12-nə (isfəndin 21-nə) qədər davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar