SON XƏBƏRLƏR

Binabın Azad universiteti öyrəncilərinin türkcə yayılan dərgisinin nəşrinə qadağa qoyulub

2021.10.20, 07:36
Binabın Azad universiteti öyrəncilərinin türkcə yayılan dərgisinin nəşrinə qadağa qoyulub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Binab şəhəri Azad universitetinin öyrənciləri tərəfindən türk dilində nəşr olunan tək bir dərginin nəşrinə qadağa qoyulub.

 

Güney Azərbaycan saytlarının məlumatına görə, oxşar təzyiqlər başqa universitetlərdə də tətbiq edilir. Türk dilində nəşr olunan dərgilərin ya lisenziyası (mücəvviz) ləğv edilir yada müxtəlif formada maneçiliklərlə üz-üzə qalır.

 

Həmçinin təzyiqlə üzləşən dərgilərin veblaqlarıda blogfadan silinir vəya istifadəsinə qadağa qoyulur (filtr edilir).

 

Şərhçilərin fikrincə, orta şərqdə gedən etiraz dalğaları İran rejimini dahada təşvişə salıb. İran bu hərəkətləri ilə öyrəncilərin siyasi səhnəyə gəlməsini imkan daxilində əngəlləmək istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar