SON XƏBƏRLƏR

Azərbaycanlı müəllim, “Traxtur” taxımı tərəfdarı Elyas Talibi həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı müəllim, “Traxtur” taxımı tərəfdarı Elyas Talibi həbs olunub

Gunaz.tv

GünAz TV: İranın Təhlükəsizlik Qüvvələri azərbaycanlı müəllim, milli-mədəni fəal. “Traxtur” taxımı (timi) tərəfdarı Elyas Talibini həbs ediblər.

 

Onlar fevral ayının 13-də (bəhmənin 24-ü)  cənab Talibinin atasının evinə gedib, evdə axtarış apardıqdan sonra azərbaycanlı müəllimi naməlum istiqamətə aparıblar.

 

Məmurlar adını çəkdiyimiz fəallın ailəsinin suallarını cavablandırmayıb və onun hansı ittihama görə yaxalandığınıda bildirməyiblər.

 

Xatırladaq ki, cənab Elyas Talibi Təbrizin qeyri-intifai məktəblərində dərs keçir. O “Traxtur” taxımının tanınmış tərəfdarlarındandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar