SON XƏBƏRLƏR

Yəmən, Bəhreyn, Əmman və Səudiyyə Ərəbistanında son vəziyyət...

2021.10.20, 07:36
Yəmən, Bəhreyn, Əmman və Səudiyyə Ərəbistanında son vəziyyət...

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Yəməndəki vətəndaşlarını təhlükəsizlikləri təhdid altında olduğu üçün bu ölkədən çıxmağa çağırıb.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Yəmənin böyük şəhərlərində onminlərlə nümayişçi çadırlarda gecələməyə başlayıb. Prezident Əli Abdullah Salehin istefasını tələb edən nümayişçilər tələblərini get-gedə sərtləşdirirlər. İb şəhərində nümayişçilərlə hökumət tərəfdarları arasında toqquşmalar olub.

Bəhreyndə hökumətin 20 min insanın işlə təmin olunacağını açıqlaması xüsusilə şiələrə yönəlik addım kimi dəyərləndirilib. Paytaxt Manamadakı İnci meydanında düşərgə salan nümayişçilər isə kralın əmisi olan baş nazir Xəlifə Bin Salman Əl Xəlifənin istefasını və yeni konstitusiyanın (Anayasanın) qəbul olunmasını tələb edib. Yüzlərlə müxalifət tərəfdarı hökumət binası qarşısında oturaq aksiya (mitinq)  keçirərək, binaya girişləri əngəlləyib.

Əmmanda milli hava yolu şirkətlərinin 100-ə qədər əməkdaşı da aksiyalara qatılıb. Paytaxt Muskat və Sohar şəhərlərində oturaq aksiyalar keçirilib.

Səudiyyə Ərəbistanında isə aksiyalara qadağa gətirilib. Daxili İşlər Nazirliyi əmin-amanlığı pozacaq bütün səylərin qarşısını almaq üçün hər cür tədbir görüləcəyini bəyan edib. Cümə günü akisya keçirməyə çalışan 22 şiənin həbs edildiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar