SON XƏBƏRLƏR

Prezidentlərin Soçi görüşündə birgə bəyanat qəbul olunub

2021.10.20, 07:36
Prezidentlərin Soçi görüşündə birgə bəyanat qəbul olunub

Gunaz.tv

GünAz TV: Azərbaycan və Ermənistan prezidentləri əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılıq əldə edib.

Martın 5-də Soçidə “Grand Polyana” mehmanxanasının “Qəbullar evi”ndə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev və Ermənistan Prezidenti Serj Sarkisyanın birgə görüşü olub.Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, rəsmi danışıqlardan sonra görüş qeyri-formal şəraitdə davam edib.

«RİA Novosti» məlumat verir ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair apardıqları danışıqların yekunları ilə bağlı birgə bəyanat qəbul edib. Sənəddə qeyd olunur ki, dövlət başçıları ötən ilin oktyabrın 27-də Həştərxanda qəbul olunan üçtərəfli bəyanatın praktiki (əməli) icrası məsələlərini müzakirə edib. Məlumata görə, prezidentlər qısa müddət ərzində hərbi əsirlərin dəyişdirilməsi prosesinin başa çatdırılmasına dair razılığa gəliblər. Soçi bəyanatında vurğulanır ki, tərəflər bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin (qarşıdurmaların) ATƏT-in (Şuraye əmniyyət və həmkari urupa) Minsk Qrupunun egidası altında, ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarıdır. «Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz mütəmadi görüşlərinin əhəmiyyətinin vacibliyini vurğulayıblar və bunun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin apardığı işə əlavə olaraq bu formatda davam etdirilməsinə dair razılığa gəliblər», - deyə bəyanatda bildirilir.İTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar