SON XƏBƏRLƏR

Tahir Abbaslı: ”Dəyişiklik seli İrana doğru gəlir”

2021.10.20, 07:36
Tahir Abbaslı: ”Dəyişiklik seli İrana doğru gəlir”

Gunaz.tv

GünAz TV: “Dəyişiklik seli İrana doğru gəlir”. Bu sözləri mətbuat mərkəzimizə Azərbaycan İslam Demokrat partiyasının sədri Tahir Abbaslı bildirib. 

”İran müxalifətinin günü-gündən güclənməsi göz qabağındadır. Əli Xamneyi isə Qəddafi kimi özünü inqilab sahibi və inqilab rəhbəri bilir. O müxalifətin səsini duymaq və eşitmək belə istəmir. O da Qəddafi kimi, xalqı Qərblə Amerkanın casusları hesab edir. Etiraz edənləri tutub dar ağacında asdırır. Gec də olsa müsəlman dünyası demokratik dəyərləri öz ictimai və siyasi həyatlarında görmək və tədbiq etmək uğrunda mübarizəyə start veriblər: İndiyə kimi, müsəlman ölkələrindəki hakimiyyətlər İslamı olduğu kimi, yəni demokratk dəyərlərlə zəngin bir din kimi deyil, məhəllə təfəkkürlü və yırtıcı din kimi təqdim edərək öz hakimiyyətlərini qorumaqla işlərini bitmiş hesab ediblər”,- deyə Tahir Abbaslı qeyd etdi. Fikirlərini davam etdirən partiya sədri: ”Məhz bu məqamı müşahidə edərək biz islamçı demokratlar hələ bir neçə il öncə müsəlman ölkələrində dəyişikliklərin olacağını proqnozlaşdırmışdıq (öncədən bildirmişdik). Xüsusilə də diktatura hökm sürən ölkələrdə arzuolunmaz hadisələrin baş verəcəyini vurğulamışdıq. Yaşlı nəsil uzun illərdir hakimiyyyətdə olan diktatorların siyasətinə, zülmünə, sitəminə vərdiş etmişdilər: «Amma yeni nəsil buna dözmədi. Onların coşqun sədası xalq və demokratiya haqqında çox düşünmək lazım oluğunu göstərdi. Göründüyü kimi Tunisdən başlanan bu fırtına dayanmaq bilmədən şərqə doğru hərəkət etməkdədir. Görünən odur ki, müsəlmən dünyası demokratik rejimlərin hakimiyyəti altında yaşamaq istəklərini ortaya qoyublar».

Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar