SON XƏBƏRLƏR

Amerika Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri fəaliyyətə başlayıb

2021.10.20, 07:36
Amerika Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri fəaliyyətə başlayıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresinin Nümayəndələr Palatasında fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun həmsədri vəzifəsinin icrasına başlayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu, Demokratlar Partiyasının üzvü, konqresmen Daniel Borendir. Qrupun Demokratlar Partiyasından olan əvvəlki həmsədri Solomon Ortisin Konqresdə üzvlüyü 2010-cu ildə başa çatıb.

Qeyd edək ki, D.Boren 1973-cü ildə anadan olub. Texas və Oklahoma universitetlərində təhsil alıb və 2005-ci ildən ABŞ Konqresində Oklahoma ştatını təmsil edən D.Boren Nümayəndələr Palatasının Təbii Ehtiyatlar üzrə Daimi Komitəsinin və Kəşfiyyat üzrə Xüsusi Komitəsinin üzvüdür.

Konqresmenin siyasi karyerası (vəchə) ailə ənənəsinin davamıdır. O, vaxtilə Oklahoma ştatının qubernatoru (əyalət başçısı) və ABŞ senatoru olub. Hazırda isə Oklahoma Universitetinin rektoru (rəisi) və ABŞ Prezidentinin Kəşfiyyat üzrə Məşvərət Şurasının həmsədri Deyvid Borenin oğlu, sabiq Konqresmen Layl Borenin nəvəsidir.

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında 2004-cü ildə yaradılmış Azərbaycan üzrə İşçi Qrupuna hazırda 38 konqresmen daxildir. Onlardan 23-ü Demokratlar, 15-i isə Respublikaçılar (Cümhuriyyətçilər) partiyalarını təmsil edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar