SON XƏBƏRLƏR

Libinin paytaxtında yeni yürüşlər başlayıb

2021.10.20, 07:36
Libinin paytaxtında yeni yürüşlər başlayıb

Gunaz.tv

GünAz TV: Liviya (Libi) paytaxtı Tripolidə (Trablos) cümə namazından sonra etiraz aksiyaları başlayıb.

Bunun qarşısını almaq üçün əvvəldən şəhərə hərbi hissələr yeridilmişdi.

Bir neçə yüz adam Tacura məhəlləsindəki nümayişlərə qatılıb.

Burada əvvəlki günlərdə də Qəzzafinin hakimiyyətinə qarşı çıxışlar olmuşdu.

Şahidlər deyirlər ki, nümayişçilər Liviyanın rəsmi bayrağına od vurublar.

BBC-nin Tripolidəki müxbiri bu aksiyaların hakimiyyətin paytaxt üzərindəki nəzarəti üçün sınaq olduğunu deyir.

Son günlərdə təhlükəsizlik qüvvələrinin Tripolidə həbslər və qətllər həyata keçirdikləri xəbər verilir. Bir çox adam itkin sayılır.

Ölkənin şərqində üsyançıların mövqelərinə yeni hava zərbələri endirilib.

Benqazi şəhərində möhkəmlənən üsyançılar Qəzzafi hakimiyyətdən gedənə qədər danışıqlara başlamayacaqlarını deyirlər. Onlar eləcə də xarici müdaxiləyə səsləyirlər.

Bu arada Mali dövlətində yaşayan Tuareq qəbiləsinin bir neçə yüz üzvü Qəzzafinin tərəfində müzdlu kimi döyüşmək üçün Liviyaya gəlib. Bu haqda Tuareqlərin sözçüsü BBC-yə xəbər verib.

Qərbdəki Zəviya və Misrata şəhərlərindəki üsyançı qüvvələr Qəzzafi loyalistlərinin hücumlarını dəf ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar