SON XƏBƏRLƏR

Vaşinqton Libiyə müdaxilə məsələsini öz müttəfiqləri ilə müzakirə edir

2021.10.20, 07:36
Vaşinqton Libiyə müdaxilə məsələsini öz müttəfiqləri ilə müzakirə edir

Gunaz.tv

GünAz TV: Amerika müttəfiqləri, o cümlədən NATO ilə Liviyadakı (Libidəki) vəziyyətə müdaxilə etmək imkanlarını müzakirə edir. Bu barədə dövlət departamentinin rəsmi nümayəndəsi Filip Krouli məlumat verib.

"Biz əvvəlki kimi diqqətlə Liviyadakı vəziyyəti izləyirik və bizə məlumdur ki, Qəzzafi tərəfdarları və müxalifət arasında qarşıdurma davam edir. ABŞ (Amerika Birləşmiş Ştatları) beynəlxalq ictimaiyyətin Liviyadakı vəziyyətə təsir göstərmək üsullarını dəyərləndirir. Son nəticədə ABŞ prezidentinə mümkün variantların (seçənəklərin) bütöv spektri təqdim olunacaq ", deyə Krouli brifinqdə bildirib.

O xatırladıb ki, ABŞ Liviyadan öz vətəndaşlarını və üçüncü ölkələrin vətəndaşlarını təxliyə etməkdə davam edir. Qaçqınlara kömək etmək üçün 2 ABŞ nəqliyyat təyyarəsi dünən Tunisə gəlib.

"Biz əvvəlki kimi NATO da daxil olmaqla müttəfiqlərimizlə bütün mümkün hərəkətləri müzakirə edirik. Lakin təkrar edirəm ki, Qəzzafi üçün ən yaxşı variant öz xalqına hücum etməyi dayandıraraq getməkdir", deyə Krouli qeyd edib.

Onun sözlərinə görə, variantlar arasında Liviya ilə hava nəqliyyatının kəsilməsi və onun hava blokadasına (təhriminə) alınması müzakirə olunur. Lakin bu ölkənin üzərində uçuşların dayandırılması barədə qərar hələlik qəbul edilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar