SON XƏBƏRLƏR

GünAz TV kollektivi Cavad bəy İsmailbəyliyə BAŞSAĞLIĞI verir

2021.10.20, 07:36
GünAz TV kollektivi Cavad bəy İsmailbəyliyə BAŞSAĞLIĞI verir

Gunaz.tv

GünAz TV əməkdaşı, tanınmış Milli Hərəkat Fəalı Cavad bəy İsmailbəyliyə üz vermiş böyük itki münasibəti ilə ilə BAŞŞAĞLIĞI veririk.

 

Hörmətli Cavad bəy

“Uzun İllərdir ayrı düşdüyünüz Əziz Ananızın dünyasını dəyişməsi xəbəri, GünAz TV rəhbərliyi və kollektivini dərindən sarsıdıb.

 

Ana Vətəndən uzaq ANA itkisini hansı hisslərlə qarşılayacağınız, minlərlə doğmalarından uzaq düşmüş mühacir azərbaycanlılar üçün başa düşüləndir. Bu üzücü hadisəni ürəkağrısı ilə qarşılayıb, özümüzü sizin kədərinizdə şərik bilirik.

 

Bir daha bu ağır itki münasibəti ilə sizə başsağlığı verib, əziz Ananıza ALLAHdan rəhmət, qalanlara isə səbir diləyirik.

 

"ALLAH rəhmət eləsin"

 

“GünAz TV rəhbərliyi və kollektivi  tərəfindən”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar