SON XƏBƏRLƏR

Milyonları müsadirə olunan Mübarəkin oğlu intihara cəhd edib

2021.10.20, 07:36
Milyonları müsadirə olunan Mübarəkin oğlu intihara cəhd edib

Gunaz.tv

GünAz TV: Misirin sabiq prezidenti Hüsnü Mübarəkin oğlu Qamal Mübarək atası hakimiyyətdən gedəndən sonra özünü öldürmək istəyib.

 

Qahirədə olan Qamal hüquq-mühafizə orqanlarının onun bir neçə xarici bankdakı hesablarındakı pulu müsadirə etməyə cəhd göstərdiyini görərək özünü zəhərləyib. Bu barədə Lent.az Əlcəzairin “Echorouk” qəzetinə istinadən xəbər yayıb.

 

Qamal Mübarək zəhəri çay stəkanına tökərək içib və huşunu itirib. Zamanında həkim çağırılması onun həyatını xilas edib. Qan analizi onun həqiqətən də zəhər içdiyini göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar