SON XƏBƏRLƏR

Ermənistanda toqquşma olub

2021.10.20, 07:36
Ermənistanda toqquşma olub

Gunaz.tv

GünAz TV: Ermənistanda Hökumət binasının qarşısında polislərlə küçə ticarətinin qadağan olunmasına etiraz edən aksiya (yürüş) iştirakçıları və “İrs” fraksiyasının deputatları (millət vəkilləri) arasında qarşıdurma baş verib.

Polis aksiyada iştirak edən qadınlara da zor tətbiq edib. Müxalifətçi «İrs» partiyasından olan deputatlar Armen Martirosyan, Zarui Postancyan və Aniat Baxşyan da aksiyada iştirak ediblər. Əraziyə gələn 30-40 nəfərlik polis qrupu qadın deputatlara da zor tətbiq edib.

Qarşıdurma zamanı hər üç deputat da daxil çoxlu sayda insanının yaralandığı bildirilir.

«Qarışıqlığı polis yaradıb. Yerevanın polis rəisinin müavini Robert Melkonyanın başçılıq etdiyi 40-dək polis bizi qovmağa, sıxışdırmağa başladı», - deyə xəsarət almış deputat Baxşyan bildirib.

Ermənistanın yeni seçilmiş ombudsmanı (hüquq qoruyucusu) Karen Anhdreasyan baş verənlərlə bağlı ətraflı məlumat toplamaq üçün hadisə yerinə baxış keçirib.

«İrs» partiyasının parlament fraksiyasının rəhbəri Stepan Safaryan Ermənistanın polis rəisinin istefasını tələb edib. Bəzi məlumatlarda isə polisə aksiyanı dağıtmaq tapşırığının şəxsən baş nazir Tiqran Sarksiyandan gəldiyi bildirilir.

Bir qrup deputat isə hökumət binasına girərək baş verən hadisənin səbəbini aydınlaşdırmağa çalışıb. Amma polis onları birinci mərtəbənin dəhlizindən o yana buraxmayıb və yuxarı qalxmalarına icazə verməyib. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar