SON XƏBƏRLƏR

Ayətullah dəstqeyb İranın hərbi yolla idarə olunduğunu bildirib

2021.10.20, 07:36
Ayətullah dəstqeyb İranın hərbi yolla idarə olunduğunu bildirib

Gunaz.tv

GünAz TV: İran İslam Respublikası (Cümhuriyyəti) Üləmalar Məclisinin üzvü ayətullah Seyid Əli Məhəmməd Dəstqeyb jurnalistlərə açıqlamasında ölkədə dinc müxaliflərə qarşı repressiyaları (sərkubları) pisləyib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, İranda ədalətsizlik və qanunsuzluğun baş alıb getdiyini bildirən ayətullah Dəstqeyb deyib ki, hazırda ölkəni bir qrup şəxsin mənafeyinə qulluq edən hərbçilər idarə edir: “Heç bir ağıllı insan zülmə tərəfdar çıxmaz, zülmə laqeyd qalmaz. Zülm qarşısında susmamaq və zülmə məruz qalmış insanların haqqını tələb etmək din alimlərinin borcudur. Zülmün, şəriətə zidd halların qarşısında susan din aliminin, ruhaninin ədalətinə və əməlinə şübhə ilə yanaşmaq lazımdır. 22 aydan çoxdur ki, ölkə hərbi yolla idarə olunur və hərbçilərin hegemonluğu altındadır. Bu vəziyyətdən nə xalq razıdır, nə də rejimi qorumaq üçün hər an küçələrə çıxarılan hərbi qüvvələr. Bu, ağıllı üsul deyil.

Dövlət radiosu və televiziyası xalqı nəzərə almadan yalnız yuxarıda əyləşənlərin hökmünü icra edir, ona-buna böhtan atır. Böhtana məruz qalanlara isə özlərini müdafiə etmək imkanı verilmir. İran İnqilab Keşikçiləri Korpusu (“Sepah”) yalnız müəyyən bir qrupun mənafeyini qoruyur və ona dəstək verir. Bu, xalqa bəllidir.

Ordu və digər hərbi qüvvələrin yeganə vəzifəsi və borcu ölkə ərazisini, eləcə də xalqın canını, namusunu və malını qorumaq olmalıdır. Hərbi qüvvələr siyasi işlərə qarışsalar, onda müəyyən bir partiya, təşkilat və ya qrupun baxışını müdafiə etməli olacaqlar. Belə olan halda isə bu qüvvələr özlərinin əsas vəzifələrinin nədən ibarət olduğunu unudacaqlar. Bu məsələdə Misir ordusunu xatırlatmaq mümkündür. Misir ordusu və hərbçiləri xalqın hörmət və ehtiramını qazanıb. Çünki Misir ordusu xalqı qoruyur. Yenə təkrar edirəm, hərbi qüvvələr və ümumilikdə hərbçilər müəyyən bir qrup və təşkilatı dəstəkləməkdən çəkinməli, bütün xalqın, bütün cərəyan və qrupların müdafiəçisi və dayağı olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar