SON XƏBƏRLƏR

SƏHƏR TV kanalının Azərbaycanlılara qarşı təxribatı – Video Görüntü

2021.10.20, 07:36
SƏHƏR TV kanalının Azərbaycanlılara qarşı təxribatı – Video Görüntü

Gunaz.tv

GünAz TV: İranın Səhər Tv kanalı İranın xarici səfirlikləri qarşısında aksiya (protesto) aparan soydaşlarımızı muzdur, yəni, Azərbaycan Xarici İşlər üzrə Dövlət Komitəsindən pul alıb, bu etiraz aksiyalarında iştirak etdiklərini vurğulayır.

Həm də bu etiraz aksiyalarını həqir yığını, yəni, dəyərsiz tədbir adlandırır və Dövlət Komitəsinə belə bir məsləhət verir ki, boş yerə dövlət büdcəsin dağıtmaya gərək yoxdur.

Bildiyiniz kimi, son zamanlar dünya miqyasında azərbaycanlılar tərəfindən İran rejiminə qarşı etiraz aksiyaları keçirilmişdir və burada İran rejimindən tələb olunmuşdu Müstəqil Azərbaycanın daxili işlərinə qarışmasın. Aksiyada iştirak edənlərin əksəriyyəti Güney Azərbaycandan olan soydaşlarımız olmuşdur.

Demək olar ki, onların əksəriyyəti rejim tərəfindən mənəvi və maddi ziyan çəkmiş adamlardır. Belə ki, onların bəziləri uzun müddət İran zindanlarında ruhi və cismi işgəncələrə məruz qalmışlar və hətta bəzilərinin ailə üzvləri qəddarcasına rejim tərəfindən edam olunmuşdur. Təkcə bir misal çəkək, bu etiraz aksiyasında iştirak edən qadınlardan biri Stokholm şəhərində yaşayan yazar və rəssam Südabə Ərdavanidir. O, insan haqlarını müdafiə etdiyinə görə, 8 il zindanda olmuş, çox ağır cismi, ruhi işgəncələrə məruz qalmışdır. Bu xanım minlərlə adamın edamına şahid omuş və gördüklərin, yəni ağır zindan xatirələrini fars və isveç dillərində "Başqalarına söylə" adında bir kitab şəklində yazmışdır.

İndi siz özünüz cavab verin, nə qədər həyasız olasan ki, bütün bunları bilə-bilə belə insanları dəyərsiz və müzdur adlandırasan.

 

Haqqında söhbət gedən Səhər Tv kanalının proqramını burdan izləyə bilərsiniz:

 

 

Qaynaq: Azad tribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar