SON XƏBƏRLƏR

Amerikadakı Azərbaycan və türk diasporları yeni Kampaniyaya başlayıblar

2021.10.20, 07:36
Amerikadakı Azərbaycan və türk diasporları yeni Kampaniyaya başlayıblar

Gunaz.tv

GünAz TV: ABŞ-dakı (Amerika Birləşmiş Ştatları) Azərbaycan və türk diasporları prezident Barak Obamaya yüzlərlə məktub göndərərək yeni kampaniyaya start veriblər.

APA-nın Vaşinqton müxbiri xəbər verir ki, onlar Obamadan ənənəvi Novruz təbrikində türk xalqlarının adının da qeyd olunmasını xahiş edirlər.

Məktubda deyilir: “Qafqazdan tutmuş Mərkəzi Asiyaya qədər yaşayan bütün türklər yazın gəlişini tərənnüm edən və minilliklərin sınağından keçmiş bu gözəl bayramı - Novruzu qeyd edirlər. Adətən Novruz 21 mart tarixinə - gecə və gündüzün bərabərləşdiyi günə düşür. Novruz Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın rəsmi bayramıdır. Digər türk millətləri - uyğurlar, yakutlar, qaraqalpaqlar, Volqa, yaxud başqa adla Qazan tatarları, başqırdlar və Krım tatarları da həmçinin yaz bayramını qeyd edirlər. Lakin hansısa səbəblərdən Azərbaycan, Türkiyə və digər türk xalqları 2006-2010-cu illərdə ABŞ prezidentinin Novruz təbrikindən kənarda qalıb. Bu qədim bayram, sadəcə, İran və Fars-Amerika cəmiyyətinə aid edilirdi. Biz Obamanı Novruz təbrikində Azərbaycan və Türkiyəni də qeyd etməyə səsləyirik. Qoy, bu qədim, sülhpərvər ənənə bütün insanları yaxınlaşdırsın, sivilizasiyalar (təməddünlər) arasındakı dialoqu genişləndirsin, qarşılıqlı anlaşma və mədəni müxtəlifliyi inkişaf etdirsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar