SON XƏBƏRLƏR

Yəmən prezidenti razılaşdı

2021.10.20, 07:36
Yəmən prezidenti razılaşdı

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdulla Saleh yaxın 9 ay ərzində postunu tərk etməyə razılaşıb.

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, müxalifətin də əsas tələbi bu olub.

Əli Abdulla Saleh postunu 2011-ci ilin sonunda tərk edəcək və hakimiyyəti demokratik partiyalara verəcək. Hazırda isə Yəmən prezidentinin istefası tələbi ilə keçirilən mitinqlərdə iştirak edən aksiyaçılara (yürüşçülər) hücumla bağlı halların araşdırılması üçün komissiya formalaşdırılacaq. Bu mitinqlər zamanı 27 nəfər öldürülüb. Zərər çəkənlərin hamısının ailəsi dövlət hesabına kompensasiya alacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar