SON XƏBƏRLƏR

Qəddafi tərəfdarları Breqadan geri çəkiliblər

2021.10.20, 07:36
Qəddafi tərəfdarları Breqadan geri çəkiliblər

Gunaz.tv

GünAz TV: Liviyada (Libidə) Qəddafiyə sadiq qüvvələrin neft limanı olan Breqa məntəqəsindən döyüşlər nəticəsində geri çəkilməsindən sonra üsyançılar bu döyüşlərdə qazandıqları qələbəni bayram edirlər.

BBC-nin Breqadakı müxbiri deyir ki, Breqa şəhərinin küçələrində qaliblər havaya atəş açaraq sevinc hisslərini bildirirlər.

Bundan əvvəl gün ərzində döyüşlər gedişində daha yaxşı silahlanmış ordu bölmələri müəyyən mərhələdə müvəqqəti üstünlüyə malik olmuşdular.

Üsyançıların Breqadakı müvəffəqiyyəti hələlik Qəddafi tərəfdarlarının son məğlubiyyəti deyil, lakin bu, hadisələrin mühüm dönüş nöqtəsi kimi görünür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar