SON XƏBƏRLƏR

Avropa parlamentinin sədri müxalifət liderlərinin azadlığa buraxılmasını istəyib

2021.10.20, 07:36
Avropa parlamentinin sədri müxalifət liderlərinin azadlığa buraxılmasını istəyib

Gunaz.tv

GünAz TV: Avropa Parlamentinin sədri Yeji Buzek martın 1-də bəyanat yayaraq İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərubinin həbsinə etiraz bildirib.

İki həftədən çoxdur ev dustaqlığında saxlanan Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd, eləcə də Kərrubi və xanımı Fatimə Kərrubinin gizli zindanlardan birinə köçürüldüyü barədə məlumatlar fevralın 28-də yayılmışdı. Musəvi və Kərrubinin, eləcə də onların xanımlarının hazırda Tehranın Heşmətiyyə zindanında təzyiq altında saxlandığı və dindirildiyi bildirilir.

GünAz TV mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Yeji Buzekin yaydığı bəyanatda İran rəsmilərindən Musəvi və Kərrubini dərhal azadlığa buraxmaq tələb olunub: “Musəvi və Kərrubinin həbsə salınması müxaliflərin gözünü qorxutmaq üçündür. Biz müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin qeyd-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edirik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar