SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan: “Heç kimin Türkiyəyə təzyiq etmək haqqı yoxdur”

2021.10.20, 07:36
Baş nazir Ərdoğan: “Heç kimin Türkiyəyə təzyiq etmək haqqı yoxdur”

Gunaz.tv

GünAz TV: Baş nazir bildirib ki, 1918-ci ildə Osmanlıda yaşananları Türk və erməni birgə komissiyası araşdırmalıdır.

“Ermənistanla əlaqələrin normallaşması çox çətin və həssas prosesdir”. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın “Hannoverşe Algemayne”  qəzetinə müsahibəsində bildirib. “Biz öz yaddaşımızda olanları başqalarına təlqin etməyə çalışmırıq. Heç kimin də öz yaddaşında qalanlarla Türkiyə xalqına təzyiq etməyə haqqı yoxdur. Türkiyə 1915-ci ildə baş verənlərin bir tərəfin o birinə “soyqırımı” kimi təqdim etməsinə qarşıdır. Hadisələrin bu cür təqdim olunması ermənilərin milli düşüncələrini önə çıxarmaqla Türklərin itkilərini görməməkdir. Bütün bunlara aydınlıq gətirmək üçün bitərəf akademik fəaliyyətlərə olan ehtiyac daha da artmaqdadır. Yalnız bu şəkildə ədalətli bir nəticə əldə oluna bilər”-deyə Rəcəb Tayyib Ərdoğan bildirib.  O, Türk və erməni tarixçilərindən ibarət müştərək  komissiyanın yaradılmasını nəzərdə tutan Sürix protokollarının bu məsələdə mühüm addım olacağına inandığını deyib. İTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar