SON XƏBƏRLƏR

İran rejimi hər an püskürə bilən vulkan üstündə oturub

2021.10.20, 07:36
İran rejimi hər an püskürə bilən vulkan üstündə oturub

Gunaz.tv

GünAz TV: Stanford Universitetində İran proqramlarının direktoru Abbas Milani Azadlıq Radiosuna deyir:

“İran hakimiyyəti bilir ki, rejim hər an püskürə bilən vulkanın üstündə oturub. Ancaq onlar bilmirlər ki, qığılcım nədən yarana bilər və nə katalizator ola bilər.”

Milaninin fikrincə, məhz buna görə, hakimiyyət iki müxalifət liderini tutur, ancaq boynuna almır.

Müxalifət martın 1-də səhər tezdən elan edirdi ki, bu gün Tehranda və başqa şəhərlədə keçiriləcək nümayiş məhz Musəvinin və Kərrubinin ev dustaqlığına etirazdır.

Tehrandakı bir tələbə fəalı Azadlıq Radiosuna deyir ki, müxalifət liderlərinin həbsxanaya salınması mitinq iştirakçılarını daha da qəti edəcək.

İranlı jurnalist Şahram Rəfizadə isə hesab edir ki, müxalifət liderləri həbsdədir yoxsa yox, bunun etirazlara heç bir təsiri yoxdur.

O, Azadlıq Radiosuna deyir: “Fevralın 14-də Musəvi və Kərrubini nümayişə gəlməyə qoymadılar. Yaşıl hərəkat öz liderləri olmadan da fəal olmaqda və qoyduğu məqsədlərə nail olmaqda davam edir”.

Milani hesab edir ki, İranda narazılıq yığılıb və bunun partlayacağı çox realdır. Onun fikrincə, iki müxalifət liderinin həbsi radikallaşmağa aparacaq.

Ağ Evin sözçüsü Jay Carney isə İranda müxalifət liderlərinin həbsini “yol verilməz” adlandırıb və İranı müxalifətçiləri azad etməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar