SON XƏBƏRLƏR

Türk dünyasının musiqi kollektivləri Amerikada keçirilən Novruz şənliklərinə qatılacaqlar

2021.10.20, 07:36
Türk dünyasının musiqi kollektivləri Amerikada keçirilən Novruz şənliklərinə qatılacaqlar

Gunaz.tv

GünAz TV: Türk dünyasından, o cümlədən Azərbaycandan olan musiqiçilər və rəqqaslar ABŞ-da (Amerika Birləşmiş Ştatları) keçiriləcək Novruz konsertlərində iştirak edəcəklər.

Konsertlər martın 24-də BMT (Birləşmiş Millətlər Təşkilatı) Baş Məclisində və Vaşinqtondakı Linkoln Teatrında baş tutacaq. Bu barədə APA-nın Vaşinqton müxbirinə tədbirin təşkilatçıları məlumat verib.

Konsertlərdə Azərbaycandan, Qazaxıstandan, Qırğızıstandan, Türkiyədən, Türkmənistandan, Qaqauziyadan (Moldova), Krımdan (Ukrayna), Tatarıstandan (Rusiya), Başqırdıstandan (Rusiya), Tuvadan (Rusiya) və Hakassiyadan (Rusiya) artistlər iştirak edəcəklər.

 

Konsertlər TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) tərəfindən təqdim olunur. Bu təşkilatın məqsədi Avrasiyanın müxtəlif ölkələrində yaşayan Türk xalqlarının ortaq mədəniyyətini təmsil etmək, qorumaq və möhkəmləndirməkdən ibarətdir.

“Konsertlər hər bir regiounun (bölgənin) unikal ənənələrini, milli geyimlərini, musiqi və rəqslərini göstərmək üçün rəngarəng bir nümayiş olacaq. Novruz günlərində ABŞ-da üç tamaşa qoyulacaq”, deyə təşkilatçılar bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar